Ucarda maarifləndirmə tədbiri keçirilib
Fevralın 3-də Ucar rayonu Qazyan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin (PŞ) birgə təşkliatçılığı ilə "Dini radikalizm, narkomaniya və erkən nikah" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, PŞ-nin rəisi Valik Vəlimətov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyətindən və onun yarada biləcəyi təhlükələrdən bəhs olunub. Cəmiyyəti narahat edən narkomaniya və erkən nikahla bağlı ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

