Ucarda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 4-də Ucar rayonu Alpout kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Ucar rayonu Alpout kənd Həzrəti Əbəlfəzl adına “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov və dini icmanın üzvləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, dini kimliyin milli kimliyi üstələməsi və başqa çoxşaxəli proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəlidir. Ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da qeyd edilib ki, bir çox xalqların və müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə yaşayır və sərbəst ibadət edirlər.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
