Ucarda maarifləndirmə tədbiri keçirilib
Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib.
Ucar rayonunun Bərgüşad kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Şükür Məmmədov, Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Mirmehdi Heydərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda qızların təhsildən yayındırılması hallarının səbəb olduğu problemlərə toxunulub. Qız övladlarının təhsil almasının gələcəkdə sağlam cəmiyyətin formalaşmasına böyük töhfə verəcəyi vurğulanıb.
Çıxışlar yekunlaşdıqdan sonra tədbir diskussiya şəklində davam etdirilib.