Ucarda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 20-də Ucar rayonu Bərgüşad kənd 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsini təşkilatçılığı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, yerli qurumların nümayəndələri və müəllimlər iştirak ediblər iştirak ediblər.
Çıxışlarda erkən nikahın cəmiyyətdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.


