Ucarda maarifləndirmə tədbiri keçirilib
Martın 7-də Ağdam şəhər 27 saylı köçkün tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin (PŞ) birgə təşkliatçılığı ilə "Radikal və ekstremizm təmayüllü cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon PŞ-nin rəis müavini Qoşqar Kazımov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyətindən və törədə biləcəyi fəsadlardan bəhs olunub. Bildirilib ki, radikal dini cərəyanlar öz təbliğatlarına hədəf kimi əsasən gəncləri seçirlər. Onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

