Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2019 / Bölgə xəbərləri

Ucarda maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 30-da Ucar rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlər: Azərbaycanın Milli Qəhrəmanları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ucar rayon Gənclər və İdman İdarəsinin və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarabağ müharibəsi qaziləri, rayonun təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın həyat yolunun gələcək nəsillər üçün örnək olduğu vurğulanıb. DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi və Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gəlmiş Aprel şəhidi Raquf Orucovun xatirəsinə həsr olunmuş "Murov qartalı" filmi barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirin sonunda "Azərbaycanın Milli Qəhrəmaları" adlı qısametrajlı film nümayiş olunub.