Ucarda maarifləndirici tədbir olub
Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Ucar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Çiyni kənd tam orta məktəbində “Milli dövlətçiliyimizin möhkəmlənməsində azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH-in baş məsləhətçisi Şükür Məmmədov, Ucar Rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vurğulanıb. Natiqlər azərbaycançılıq ideologiyasının mahiyyəti barədə məlumat verərək bildiriblər ki, bu ideologiyanın təməli Ulu Öndər tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün xalqımız həmin ideologiya ətrafında sıx birləşib.
Tədbir müzakirələrlə davam etdirilib.

