Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.11.2024 / Bölgə xəbərləri

Ucarda dini radikalizm və narkomaniyaya qarşı mübarizə tədbirləri müzakirə olunub

Noyabrın 29-də Ucar rayonu Çiyni kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Ucar Rayonu Polis Şöbəsinin birgə təşkilatçılğı ilə “Narkomaniya və dini radikalizmin təhlükəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri və məktəblilər iştirak ediblər.
Çıxışlarda bu gün cəmiyyətin bəlasına çevrilmiş narkomaniyanın yaratdığı acı nəticələrdən bəhs olunaraq qeyd edilib ki, bu kimi bəlalardan gənclərin qorunması üçün maarifləndirmə tədbirləri ölkəmizdə geniş şəkildə təşkil olunur. Natiqlər, eyni zamanda dini radikalizm, ekstremizm və narkomaniya kimi cəmiyyətin bəlasına çevrilmiş neqativ hallara qarşı mübarizə aparıldığını da diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçıları tərəfindən mövzu ətrafında müzakirələr aparılıb.