Ucarda dini radikalizm mövzusu müzakirə olunub
Dekabrın 2-də Ucar rayonunun Alpout və Qardağlı kənd tam orta məktəblərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə "Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyətindən bəhs olunub. Dini ektremizmə və zərərli vərdişlərə qarşı mübarizə tədbirlərindən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb


