Ucarda "Dini fanatizm və radikalizmlə mübarizədə gənclərin rolu" mövzusu müzakirə olunub
Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon Sektorunun birgə təşkilatçılığı ilə "Dini fanatizm və radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Natiqlər dini fanatizm və radikalizmin fəsadlarından danışıblar. Eyni zamanda çıxışlarda gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.