Ucarda "Dini fanatizm və radikalizmin fəsadları" mövzusu müzakirə olunub
Fevralın 28-də Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Dini fanatizm və radikalizmin fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm və radikalizmin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib. Ölkəmizdə dini radikalizmə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Sonda mövzu ilə bağlı verilən suallar cavablandırılıb.

