Ucarda “Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı tədbir keçirilib
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin təşkilatçılığı ilə “Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanın tarixən milli və dini baxımdan hər zaman tolerant ölkə olduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıblar. Həmçinin ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir.
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.