Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.01.2023 / Bölgə xəbərləri

Ucarda "Azərbaycançılıq və dini dəyərlər" mövzusunda tədbir keçirilib

Yanvarın 13-də Ucar rayonu Çiyni kənd "Hacı Ağamirzə " məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Azərbaycançılıq və dini dəyərlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı azərbaycançılıq ideologiyası və dini dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.