Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2023 / Bölgə xəbərləri

Ucar və Şəmkirdə dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Aprelin 14-də Ucar rayonu Bərgüşad kənd 1 və 2 saylı tam orta məktəblərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayonu İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Gəncləri radikal dini düşüncə və zərərli vərdişlərdən qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Elnur Məmmədov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Daha bir tədbir DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir RİH, Rayon Təhsil Sektoru və Şəmkir RPŞ-nin birgə təşkilatçılığı ilə Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbində baş tutub. "Dini fanatizim, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda keçirilən tədbirə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Şəmkir RPŞ-nin əməkdaşı Mehman Musayev, məktəbin müəllim və şagirdləri qatılıblar.

Çıxışlar zamanı dini radikalizm, zərərli vərdişlər və onların fəsadları haqqında tədbir iştirakçılarına məlumat verilib. Vurğulanıb ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması olduqca əhəmiyyətlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.