Ucar və Saatlı rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Sağlam həyat tərzi və zərərli vərdişlər" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, mərkəzin işçiləri və orta məktəb müəllimləri iştirak ediblər.
Bu qəbildən daha bir tədbir Saatlı rayonunda baş tutub. Sentyabrın 14-də DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Mil Muğan Regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru, Saatlı “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda keçirilən maarifləndirici tədbirə DQİDK əməkdaşı Elvin İbrahimov, gənclər və idman sektorunun nümayəndəsi Əmrah Əhmədov, “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, mədəniyyət işçiləri və gənclər qatılıblar.
Çıxışlar zamanı tədbir iştirakçılarına zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verilib, onların ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Zərərli vərdişlərlə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərindən, eləcə də bu sahədə qəbul olunan dövlət proqramlarından bəhs olunub.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı fikirləri dinlənilib.

