Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2022 / Bölgə xəbərləri

Ucar və Kürdəmir rayonlarında “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbirlər keçirilib

Ucar və Kürdəmir rayonlarında “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbirlər keçirilib.

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayonu Gənclər və İdman İdarəsi, Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbənin əməkdaşı Rauf Nəsirov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov və Gənclər Evinin əməkdaşları iştirak ediblər.

Kürdəmirdə keçirilən tədbirdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir Rayonu İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov və rayon Peşə liseyinin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş tutan tədbirlərdə mövzunun əhəmiyyətindən danışılıb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə ölkəmizin qazandığı zəfərdən bəhs edilib. Bu qələbədə milli və dini həmrəyliyin rolu vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.