Ucar, Kürdəmir və Zərdabda Ramazan ayının başlaması ilə bağlı tədbirlər keçirilib
Martın 11-də Ucar, Kürdəmir və Zərdab rayonlarında Ramazan ayının başlaması ilə bağlı tədbirlər keçirilib.
Qeyd olunan tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkaşları Rauf Nəsirov, Seyfulla Umarov, Sədi Hüseynov, dini icma sədrləri, eləcə də din xadimləri iştirak ediblər.
Çıxışlarda Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətva verdiyi diqqətə çatdırılıb və bütün din xadimlərinin verilən fətvaya riayət etmələrinin vacibliyi vurğulanıb.
Tədbirlər iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.