Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.10.2025 / Bölgə xəbərləri

Tovuzdakı hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Sentyabrın 30-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, din xadimi Fəxrəddin Kərimov, Qərargah rəisinin köməkçisi Əmir Əhmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda İslamda şəhidlik anlayışının dini və mənəvi əhəmiyyəti geniş şəkildə izah edilib. Natiqlər şəhidliyin cəmiyyət üçün yüksək dəyər olduğunu vurğulayıblar. Hərbi şəxslərin mənəvi-psixoloji hazırlığının gücləndirilməsinin önəmi xüsusi qeyd olunub.