Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.02.2023 / Bölgə xəbərləri

Tovuzda "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib

Fevralın 9-da Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Tovuz RİH-nin, Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının və Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz RİH-nin əməkdaşı Akif Ələkbərov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, ümumtəhsil məktəblərində “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, vətənpərvərlik təkcə Vətəni sevmək demək deyil, həm də Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Bunun üçün də gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizə söykənmək vacibdir. Bildirilib ki, dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.

Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.