Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.04.2025 / Bölgə xəbərləri

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 15-də  Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbində “Uşaqlarda Vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” marifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov və bölmənin məsləhətçisi Cavid Səfərov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Aqşin Həsənov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Vasif Abdulayev, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Çıxışlarda qeyd edilib ki, gələcəyimiz olan uşaqlar əsl vətəndaş ruhunda tərbiyə olunmalıdırlar.  Vurğulanıb ki, bunun üçün yeniyetmə və gənclərə Vətənimizin tarixi, mədəniyyəti, milli adət-ənənələri öyrədilməlidir. 

Sonda iştirakçıların sualları cavablandırılıb.