Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2025 / Bölgə xəbərləri

Tovuzda dini radikalizmə qarşı mübarizə mövzusu müzakirə olunub

Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz Dövlət Sosial-İqtisad Kollecində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, rayon Gənclər və İdman Sektorunun müdiri Vasif Abdulayev, Rayon Polis şöbəsinin əməkdaşı Emin Aslanov, həmçinin müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Radikalizm və ekstremizmin fəsadları barədə cəmiyyətin maarifləndirilməsi məqsədilə bu istiqamətdə mütəmadi tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə bu sahədə genişmiqyaslı və çoxşaxəli fəaliyyət aparılır.