Tovuzda din xadimlərinin iştirakı ilə tədbir təşkil olunub
Yanvarın 28-də Tovuz rayonunda "Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq və mənəvi dəyərlərimiz" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin xalq kimi formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.