Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2022 / Bölgə xəbərləri

Tərtərdə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə olunub

Oktyabr ayının 14-də Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər şəhər 6 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, İcra Hakimiyyətinin əməkdaşları Rəqsanə Məmmədli, Rəvan Həsənov, Təhsil Sektorunun əməkdaşı Gülxar Abbasova, şəhər “Cümə” məscidinin imamı Sadiq Cəfərov və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizm və ekstremizm təhlükələri barədə məlumat verilib. Eyni zamanda, radikalizmlə mübarizədə təhsilin rolu vurğulanıb.