Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2024 / Bölgə xəbərləri

Tərtər, Zaqatala və Samuxda maarifləndirmə tədbirləri keçirilib

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə hərbi hissədə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” məscidinin imam müavini Saleh Ədilov, hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak ediblər.

***

Martın 12-də Samux rayonunun Sarıqamış kənd tam orta məktəbdə “Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndələri İlqar Verdiyev, Arzu Məmmədov və məktəblilər iştirak ediblər.

***

Martın 12-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov,  rayon gənclər və idman sektorunun nümayəndəsi Nailə Hacıyeva, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda ölkəmizdə dini radikalizm və narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.

Tədbirlər müzakirələrlə davam edib.