Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2025 / Bölgə xəbərləri

Suraxanıda “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda anım tədbiri keçirilib

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı regional bölməsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda anım tədbiri keçirilib.

Suraxanı rayonu “Xanım Fatimeyi-Zəhra” məscidində keçirilən tədbirdə DQİDK-nın Bakı regional bölməsinin müdiri Anar kazımov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Asəf Əmrahov, Suraxanı rayonu üzrə qazı Qurban Əliyev, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

İlk olaraq Xocalı faciəsi qurbanlarının və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, şəhidlərimizin ruhlarına dualar oxunub və ehsan süfrəsi verilib.

Çıxışlar zamanı qeyd edilib ki, Xocalı faciəsi bir xalq və ya millətin deyil, eyni zamanda ümümbəşəri soyqırım kimi qiymətləndirilə bilər. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə tariximizin qanla yazılmış səhifəsidir. Xocalı faciəsi öz həqiqi hüquqi-siyasi qiymətini Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra alıb. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və ordumuzun gücü ilə ölkəmizin  ərazi bütövlüyü bərpa edilib, Xocalı faciəsinin də qisası alınıb.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.