Suraxanıda “Cəmiyyətdə dini dəyərin rolu: ənənəvilik və reallıq” mövzusunda tədbir keçirilib
Avqsutun 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “Höccət İbn Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Cəmiyyətdə dini dəyərin rolu: ənənəvilik və reallıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Aqil Əlisoy, mədəniyyət xadimləri, ictimaiyyət nümayənədləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini dəyərlərin cəmiyyətin mənəvi bütövlüyünün və sosial həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Milli-mənəvi irsin qorunması, gənclərin düzgün dini maarifləndirilməsi və ənənəvi dini dəyərlərin müasir çağırışlar fonunda düzgün təbliğinin vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.
