Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.02.2026 / Bölgə xəbərləri

Sumqayıtdakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Fevralın 12-də Sumqayıtda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Əsgərlərin mənəvi durumu, kollektivdə sağlam dini mühitin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Corat qəsəbəsi “Gülxatun” məscidinin imamı İsmayıl Axundov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlarda əsgərlərin mənəvi-psixoloji vəziyyətinin möhkəmləndirilməsinin vacibliyi, hərbi kollektivlərdə sağlam dini mühitin formalaşdırılması, eləcə də radikal dini cərəyanların zərərli təsirləri barədə ətraflı məlumat verilib. Dövlət-din münasibətlərinin ölkəmizdə sağlam əsaslar üzərində qurulduğu vurğulayaraq dini radikalizm və xurafatın qarşısının alınmasında maarifləndirici tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.