Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2025 / Bölgə xəbərləri

Sumqayıtda yerləşən hərbi hissədə dini radikalizm mövzusu müzakirə olunub

Fevralın 17-də Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin fərdi və ictimai fəlakətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov, hərbi hissənin məsul əməkdaşı İlham Məhərrəmov və hərbçilər iştirak ediblər.
Əvvəlcə Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Çıxışlarda dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar haqqında ətraflı məlumat verilib. Dini mühitdə radikal və ekstremist təmayüllərin inkişafına qarşı ən effektiv yollarından birinin dini maarifçiliyin bildirən natiqlər bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbir müzakirələrlə davam etdirilib.