Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2025 / Bölgə xəbərləri

Sumqayıtda “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib

Fevralın 28-də Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidinin icma sədri Rauf Sərdarov, hüquq-mühafizə orqanlarının əməkdaşları və din xadimləri iştirak ediblər.

Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

Çıxışlarda din xadimlərinə Ramazan ayındakı ibadətləri zamanı müvafiq tövsiyələrə və dini mərasim və yığıncaqların təşkilinin, keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmələri bildirilib. Dini maarifləndirmə işinin gücləndirilməsinin və milli-mənəvi, dini dəyərlərimizin təbliği prosesində daha aktiv fəaliyyət göstərmələri tövsiyə edilib.