Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2024 / Bölgə xəbərləri

Sumqayıtda "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusu müzakirə olunub

Fevralın 23-də Sumqayıt şəhəri 42 nömrəli məktəbində "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda tədbir keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Xalid Paşayev, Şəhər Polis İdarəsinin əməkdaşları Elman Səfərov,  Aytac Aslanova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə ətraflı məlumat verilib. Ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb.

Tədbir müzakirələrlə davam edib.