Sumqayıtda “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici görüş keçirilib
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən "Alüminiumçu" İdman Evində “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, məşqçilər və idmançılar iştirak ediblər.
Çıxışlarda “dini radikalizm və zərərli dini cərəyanların fəsadları, gənclərin yad dini-ideoloji təsirlərdən qorunması məsələləri haqda danışılıb. Qeyd olunub ki, gənclərin fiziki və mənəvi sağlamlığı, onların vətənpərvər ruhda tərbiyələndirilməsi işi daim öz aktuallığını qorumalıdır”.

