Sumqayıtda maarifləndirmə tədbiri keçirilib
Fevralın 21-də Sumqayıt şəhəri 3 saylı tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, məktəbin direktoru Ülkər Çəndirli, Şəhər Polis İdarəsinin əməkdaşları Azər Bağırov, Aytac Aslanova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda narkomaniyanın fəsadlarından bəhs olunub. Ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.


