Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2023 / Bölgə xəbərləri

Sumqayıtda “Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusu müzakirə olunub

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda  tədbir keçirilib.

Sumqayıt şəhərindəki Hərbi Polis bölməsində baş tutan tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, din xadimi Əli Şərbətov, Hərbi Polis bölməsinin zabiti Qasım Hacıyev və şəxsi heyət iştirak edib.

Çıxışlarda milli-mənəvi dəyərlərimizin gənclərin həyatında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Eyni zamanda cəmiyyəti narahat edən intihar halları, onu doğuran sosial, psixoloji məqamlar  haqqında danışılıb. Qeyd olunub ki, milli və dini dəyərlərimizdə özünəqəsd məqbul hesab olunmur.

Sonda iştirakçıların sualları cavablandırılıb.