Sumqayıtda “Dini radikalizm, zərərli vərdişlər və intiharın sosial-psixoloji aspektləri” mövzusu müzakirə olunub
Yanvarın 23-də Sumqayıt şəhərində yerləşən Hərbi Polis Bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, zərərli vərdişlər və intiharın sosial-psixoloji aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Təbib Məmmədov, Hərbi Polis Bölməsinin əməkdaşı Qasım Hacıyev və şəxsi heyət iştirak edib.
Çıxışlarda dini radikalizmin mahiyyəti, zərərli vərdişlərin insan həyatına fiziki və mənəvi zərərləri, intihar halları, onu doğuran səbəblər haqqında danışılıb. Bütün bunların sosial-psixoloji aspektləri müzakirə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.