Sumqayıtda dini radikalizm mövzusu müzakirə olunub
Aprelin 10-da Sumqayıt şəhərində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin fərdi və ictimai fəlakətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Qaradağ rayon Müşviqabad qəsəbə məscidnin imamı Elçin Allahverdili, “N” saylı hərbi hissənin zabit heyəti və hərbçilər iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb.
Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.