Sumqayıt və Ucarda “Qohum evliliyi və erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzkairə olunub
Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı və Göyçay regional bölmələrinin təşkilatçılığı ilə Sumqayıt şəhəri və Ucar rayonunda “Qohum evliliyi və erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdərov, din xadimləri, gənclər və ictimayyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qohum evliliyi və ekən nikahın doğurduğu fəsadlardan, eləcə də cəmiyyətə vurduğu ziyanlardan danışılıb. Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, şəxsiyyət kimi inkişafına mane olduğu vurğulanıb. Həmçinin qohum evliliyinin sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi ilə nəticələndiyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.




