Sülh Aylığı çərçivəsində bölgələrdə tədbirlər keçirilir
Sülh Aylığı çərçivəsində bölgələrdə silsilə tədbirlər keçirilir.
Qusarda “Mediasiya, sülh və birgəyaşayışın əsas şərtləri-din faktoru” mövzusunda baş tutan tədbirdə təşkilatçı qurumların nümayəndələri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar 1 saylı Mediasiya təşkilatının rəhbəri Radik Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, gənclər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
Balakəndə “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda keçirilən tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Türkan Əliyeva, din xadimləri, eləcə də gənclər qatılıblar.
Saatlı rayonunda isə “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayon sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, ictimaiyyət nümayənədləri, həmçinin gənclər iştirak ediblər.
Zaqatalada "Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda baş tutan tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov və müəssisənin əməkdaşları qatılıblar.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib. O da diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqlar sülh və dostluq şəraitində yaşayırlar.





