Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2025 / Bölgə xəbərləri

Siyəzəndə “XX əsin faciəsi - Xocalı soyqırımı” mövzusunda dəyirmi masa keçirilib

Fevralın 24-də Siyəzən şəhər Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü münasibəti ilə “XX əsin faciəsi- Xocalı soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman sektorunun əməkdaşı Nuran Nurullayev, Siyəzən Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnar Muradova, müəllim və şagirdlər iştirak edib.

Çıxışlarda XX əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların davamı olan Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu bildirilib.  Qeyd olunub ki, bu faciə zamanı Xocalı yerlə-yeksan edilmiş, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilmiş, soydaşlarımız, mülki əhali əsir alınmış və qeyri-insani əzab və işgəncələrə məruz qalmışlar. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənib, Azərbaycan bayrağı suveren ərazimizdə dalğalanıb. Beləliklə soyqırım qurbanlarının qanı yerdə qalmayıb, cinayətkar dəstələrin bir hissəsi məhv edilib, bir hissəsi isə Bakı şəhərinə gətirilərək həbs edilib.