Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2022 / Bölgə xəbərləri

Siyəzəndə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Siyəzən şəhər 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Nuran Nurullayev, 6 saylı məktəb-liseyin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olması Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynayıb. Qeyd olunub ki, rəşadətli ordumuzun qətiyyəti sayəsində torpaqlarımız düşmən işğalından azad edilməklə, ölkəmizin həyatında yeni mərhələnin əsası qoyulub və bütün dünyaya Azərbaycanın qüdrəti bir daha nümayiş edilib.