Siyəzəndə "Tolerant cəmiyyətdə söz və mətbuat azadlığının təminatı" mövzusu müzakirə edilib
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Siyəzən Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Tolerant cəmiyyətdə söz və mətbuat azadlığının təminatı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Mərkəzi Kitabxanasının direktoru Gülnar Muradova və mətbuat nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, müasir dövrdə mətbuat və söz azadlığı tolerant cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Vurğulanıb ki, ölkəmizdə multikulturalizm və tolerantlıq ideyalarının təbliğində, eləcə də ictimaiyyətin düzgün istiqamətləndirilməsində medianın üzərinə böyük vəzifələr düşür.
Sonda tədbir diskussiya şəklində davam etdirilib.
