Siyəzəndə “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusu müzakirə olunub
Fevralın 11-də Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta ümumtəhsil məktəbində “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəfərova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Sülhün, təhsilin və əxlaqi dəyərlərin cəmiyyətin formalaşmasındakı rolu vurğulanıb. Erkən yaşlardan uşaqlarda hörmət, əxlaq və vətəndaşlıq prinsiplərinin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
