Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.01.2023 / Bölgə xəbərləri

Siyəzəndə dini radikalizmlə mübarizə mövzusu müzakirə edilib

Yanvarın 11-də Siyəzən şəhər 6 saylı məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Təhsil Sektorunun məsləhətçisi İlhamə Sultanova, müəllim və şagirdlər iştirak ediblər. 

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin yarada biləcəyi təhlükələrdən danışılıb. Eyni zamanda dini radikalizmə qarşı mübarizə tədbirlərindən bəhs edilib. Bu istiqamətdə təhsilin rolu xüsusilə vurğulanıb.

Sonda iştirakçılar mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.