Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.02.2025 / Bölgə xəbərləri

Siyəzəndə dini radikalizm mövzusu müzakirə olunub

Fevralın 13-də Siyəzən şəhər Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Nuran Nurullayev, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsi olduqca vacibdir. 

Sonda tədbir diskussiya şəklində davam etdirilib.