Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.01.2024 / Bölgə xəbərləri

Siyəzəndə din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Siyəzəndə din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Cavanşir Əfəndiyev, Şabran və Siyəzən rayonlarından olan din xadimləri iştirak ediblər.

Din xadimlərinin ötən ilin yekunlarına dair hesabatı dinlənilib. 2024-cü ildə görüləcək işlərlə bağlı din xadimlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir müzakirələrlə davam edib.