Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2026 / Bölgə xəbərləri

Siyəzən və Astarada dini radikalizm mövzusu müzakirə olunub

Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsinin təşkilatçılığı ilə Astara rayonunun Siyəkü kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.
Martın 12-də Siyəzən şəhər 6 saylı məktəb-liseydə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən şəhəri “Cümə” məscidinin qadın dini ayinlərinin icraçısı Əzimə Müzəfərova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini radikalizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Yad dini ideologiyaların yayılmasına, cəmiyyətdə kök atmasına qarşı əsasını dini maarifləndirmə tədbirləri təşkil etməklə bir neçə istiqamətdə mübarizə aparıldığı qeyd edilib.