Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2022 / Bölgə xəbərləri

Şirvanda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Şirvan şəhər məscidinin imamı Cavad Süleymanov, təhsil işçiləri və gənclər iştirak edib.

Çıxışlarda dinin müasir cəmiyyətdə önəmindən danışılıb. Dini radikalizmin gənc nəslə verdiyi zərərlərdən bəhs edilib. Gənclərin dini radikalizmə qarşı mübarizədə rolunun vacibliyi qeyd edillib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.