Şirvan şəhərində “Zəfər yolu və milli təfəkkür” mövzusunda tədbir keçirilib
Noyabrın 6-da Şirvan şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin, Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) və şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Zəfər yolu və milli təfəkkür” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində qazandığımız Zəfər tariximizə qızıl hərflərlə yazıldı. O da vurğulanıb ki, Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.
