Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.03.2024 / Bölgə xəbərləri

Şirvan şəhərində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusu müzakirə olunub

Martın 4-də Şirvan şəhərində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov,  din xadimləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalardan bəhs olunub. Habelə dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində aparılan tədbirlər  barədə geniş məlumat verilib.