Şirvan şəhərində maarifləndirici tədbir keçirilib
Mayın 1-də Şirvan Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “Şirvan Gənclər Evi”-nin birgə təşkilatçılığı ilə “Zorakılığın aradan qaldırılmasında din və mənəviyyatın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənovun, müəllimlər və tələblər iştirak ediblər.
Çıxışlarda zorakılığın aradan qaldırılmasında din və mənəviyyatın əhəmiyyətindən danışılıb. Bildirilib ki, zorakılıqdan xilas olunmanın yeganə yolu cəmiyyətin inkişafıdır.
Tədbir müzakirələrlə davam etdirilib


