Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2025 / Bölgə xəbərləri

Şəmkirdə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib

İyunun 24-də Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov, Regionlarla iş şöbəsinin əməkdaşı Ramil Hikmət, Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxış edənlər terrorçuluğun maliyyələşdirilməsinə zəminin yaranmasının qarşısının alınmasıdan danışıblar. Bu istiqamətdə dini qurumların rolundan bəhs ediblər. Eyni zamanda dini qurumlara münasibətdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlərin keçirilməsi, dini qurumların hesabatlılığının və maliyyə şəffaflığının gücləndirilməsinə nail olunmasının vacibliyini vurğulayıblar. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.